2022-ci ildə dünya iqtisadiyyatını HANSI RİSKLƏR GÖZLƏYİR? - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Düşünürəm ki, 2022-ci ildə dünya iqtisadiyyatını artım gözləyir, lakin qarşıdakı risklər də var". Bu sözləri SİA-ya açıqlamasında phD Emin Əliyev deyib.

Emin Əliyev bu amilləri sadalayıb:

1. Koronavirus mutasiyası - Əgər 2022-ci ildə sərt karantin qaydaları cəmi 3 aylıq tətbiq edilərsə, dünya iqtisadiyyatının artımı 4.2%-dək ləngiyəcək.

2. İnflyasiya - 2021-ci ildə proqnozlaşdırılırdı ki, ABŞ-da inflasiya 2% civarında olacaq, lakin ilin sonuna 7% yaxınlaşır. Səbəb olaraq əmək haqların artması və Rusiya Ukrayna münasibətlərinin gərginləşməsi sayəsində olan enerji daşıyıcıları qiymətlərinin artmasıdır.

3. Çin iqtisadiyyatında azalmanın olması - 2022-ci ildə proqnozlaşdırılan 5.7% əvəzinə 3% artım ola bilər.

4. Ərzaq qiymətlərinin artması - Şimali Afrika ölkələrində ərzaq qıtlığı regionda qeyri-sabitlik yarada biləcək.

5. Brexit-in nəticəsi olaraq tamhəcmli ticarət müharibəsi riski olmasa da, gömrük sistemlərində gərginlik arta bilər bu isə istehlak qiymətlərinə mənfi təsir edəcək.

6. Fövqəl dövlətlər arasında gərginlik - Tayvan ətrafında eskalasiya ABŞ-ın Çinə qarşı sanksiyaları ilə nəticələnə bilər. Qeyd eymək lazımdır ki, Tayvan yarı-ötürücülər sahəsində dünyada lider mövqelərinə sahibdir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə