Azərbaycanda yanvar ayında devalvasiya olacaq? - XƏBƏRDARLIQ! - İQTİSADÇI ŞƏRH ETDİ

"Hesab edirəm ki, Azərbaycanda devalvasiya ilə bağlı heç bir real fundamental səbəb mövcud deyil. Ölkəyə daxil olan valyutanın həcmi ölkədən xaric edilən valyutanın həcmindən xeyli çoxdur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, eyni zamanda bu proses dayanıqlıdır: "Yəni, uzun müddət bu proses davam edir. Bununla yanaşı ölkənin suveren qızıl valyuta aktivlərinin həcmi ölkədəki pul bazasından dəfələrlə çoxdur".

Elşad Məmmədov sözlərinə belə davam edib: "Xarici ticarətdə müsbət saldo davam edir. Ona görə də Azərbaycanda devalvasiyanın həyata keçirilməsi üçün hansısa fundamental səbəb mövcud deyil. Düzdür, bizim əsas xarici ticarət tərəfdaşlarımızda devalvasiya proseslərinin baş verməsi, Azərbaycanın qeyri-neft, qeyri-xammal sektorunun inkişafı nöqteyi-nəzərdən yerli îstehsalçılara müəyyən problemlər yaradır. Söhbət ilk növbədə Türkidən gedir. Amma hesab edirəm ki, valyutamızın sabit saxlanılması üçün bütün fundamental əsaslar mövcuddur və valyutanın sabitliyi hazırkı şəkildə, dövrdə sözsüz ki, iqtisadi siyasətin reallaşdırılması nöqteyi-nəzərdən prioritet təşkil etməlidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə