Laçın, Zəngilan və Füzuli hava limanları yüksək iqtisadi dividentlər gətirəcəkdir İQTİSADÇI AÇIQLADI

"Laçın, Zəngilan və Füzuli hava limanlarının olduqca iqtisadi əhəmiyyəti vardır". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Aslan Əzimzadə deyib.

İqtisadçı-ekspert bidirib ki, Azərbaycan Avropa ilə Asiyanın mərkəzində çox strateji bir regionda yerləşir: "Sıx konteksdə yeni hava limanlarının inşa olunması və tikilməsi Azərbaycan üçün çox yüksək iqtisadi dividentlər gətirə bilər. Bu, iki istiqamətdə baş verə bilər. Bunların birincisi logistik istiqamətdir ki, burada Azərbaycan yeni tikilmiş Laçın, Zəngilan və Füzuli hava limanlarından yükdaşımaları həyata keçirəcəkdir. Asiyadan Avropaya, Avropadan-Asiyaya gedən yükdaşımaları həyata keçirilməsini biz görə bilərik. Digər bir məsələ isə təbii ki, turizm faktorudur. Xüsusilə qeyd etmək lazımdır ki, Qarabağın çox yüksək turizm potensialı mövcuddur.Turizm potensialı kontekstində hava limanlarının inşa edilməsi turistlərin gələcək dönəmlərdə yenidənqurma bərpa işləri bitdikdən sonra olduqca yüksək amildir. Turist axınlarının cəlb edilməsi üçün yüksək faktordur. Bütün bu məsələləri Laçın, Zəngilan və Füzuli hava limanlarının tikilməsi təbii ki, ölkəmizə yüksək iqtisadi dividentlər gətirəcəkdir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə