Yay mövsümü bazar qiymətlərinə necə təsir edir? - AÇIQLANDI

Yay mövsümü bazar qiymətlərinə necə təsir edir? - AÇIQLANDI

Yay mövsümü bazar qiymətlərinə həm təklif, həm də tələbat baxımından təsir göstərir. Bu dövrdə kənd təsərrüfatı məhsullarının yığım mövsümü başladığı üçün meyvə-tərəvəz kimi məhsulların bazara çıxışı artır və onların qiymətlərində ucuzlaşma müşahidə olunur.

Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

O bildirib ki, eyni zamanda, isti hava şəraiti və tətil mövsümü səbəbindən turizm, nəqliyyat, istirahət və bəzi xidmət sahələrində tələbat yüksəlir ki, bu da həmin sahələrdə qiymət artımına səbəb ola bilər:

“Yay aylarında enerji istehlakının artması da bəzi ölkələrdə elektrik enerjisi və kommunal xidmətlərlə bağlı xərclərə təsir göstərir. Bundan əlavə, mövsümi dəyişikliklər logistika və təchizat proseslərinə təsir edərək müəyyən məhsulların qiymətlərində dalğalanmalar yarada bilər. Nəticədə, yay mövsümündə bazarda bəzi məhsullar ucuzlaşsa da, digərlərində qiymət artımı müşahidə oluna bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə