Valideynlərin kredit tarixçəsi övladın kredit alma imkanlarına təsir göstərə bilərmi? - AÇIQLANDI

Valideynlərin kredit tarixçəsi övladın kredit alma imkanlarına təsir göstərə bilərmi? - AÇIQLANDI

“Bir şəxsin kredit tarixçəsi digər şəxsin kredit tarixçəsinə təsir göstərmir. Hər kəsin kredit tarixçəsi fərdi qaydada formalaşır və ayrıca qiymətləndirilir”.

Bu sözləri SİA-ya açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, kredit üçün müraciət etdikdə bank yalnız müraciət edən şəxsin razılığı əsasında onun kredit tarixçəsini yoxlaya bilər:

“Heç bir şəxs valideyninin, qardaşının, bacısının və ya digər qohumlarının kredit tarixçəsinə baxılması üçün razılıq verə bilməz. Eyni zamanda banklar da qanunvericiliyin tələblərinə uyğun olaraq başqa şəxslərin kredit məlumatlarını onların razılığı olmadan əldə edə bilməzlər.

Ona görə də valideynin, övladın və ya digər qohumun kredit öhdəlikləri birbaşa olaraq sizin kredit tarixçənizə təsir etmir. Kredit tarixçəsi hər bir vətəndaş üçün ayrıca formalaşan maliyyə göstəricisidir və yalnız həmin şəxsin götürdüyü kreditlər və ödəniş intizamı əsasında qiymətləndirilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə