“Vergi sənədləşdirilməsi və vergi öhdəlikləri bütün vətəndaşlar üçün eyni qaydada tətbiq olunur. İctimai və ya biznes sahəsində tanınmışlıq bu məsələdə hər hansı üstünlük yaratmır. Çünki vergi öhdəliyi hər bir vətəndaşın əldə etdiyi gəlirə əsaslanır və vergi qanunvericiliyinə uyğun olaraq ödənilməlidir”.
Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, eyni zamanda, media və ya sosial şəbəkələrdə tanınan şəxslərin də əldə etdiyi gəlirlər ümumi qaydalar çərçivəsində vergiyə cəlb olunur:
”Bu istiqamətdə vergi orqanları tərəfindən müvafiq nəzarət və yoxlamalar həyata keçirilir.
Ümumilikdə, vergi qanunvericiliyinə əsasən heç bir vətəndaş vergi ödəmək baxımından üstün statusa malik deyil. Bütün gəlir əldə edən şəxslər qanunla müəyyən olunmuş qaydada vergi ödəməlidirlər və bu prosesin ədalətli və diskriminasiyasız şəkildə icrası vergi xidməti tərəfindən təmin edilir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB