Son günlər mühərrik yağlarının qiymətində təxminən 15–20 faiz artım müşahidə olunur. Bu bahalaşma bütün məhsullara aid olmasa da, bazarın müəyyən hissəsini əhatə edir.
Avtomobil ustası Sahil Ağabəyli SİA-ya açıqlamasında bildirib ki, hazırda bəzi yağ markalarında 20 faizə yaxın qiymət artımı var:

“Bu artımın əsas səbəbi kimi beynəlxalq gərginlik və logistik problemlər göstərilir. Xüsusilə Hörmüz boğazı istiqamətində daşımaların çətinləşməsi məhsul tədarükünə təsir edir,” – deyə usta bildirib.
Onun sözlərinə görə, bazarda süni qiymət artımı halları da istisna deyil:
“Bəzi satıcılar vəziyyətdən istifadə edərək ‘mal qıtlığı’ adı ilə qiymətləri daha da qaldırır. Halbuki istehsalçı ölkələrdə qiymətlər bu qədər artmayıb.”
Usta hesab edir ki, bu bahalaşma tam əsaslı deyil və daha çox fürsətçülük halları ilə bağlıdır:
“Bu, real bazar artımından çox, əlavə qazanc əldə etmək cəhdidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB