"2026-cı ilin büdcəsi: Zəfərdən gələcəyə aparan strateji yol xəritəsi" - ŞƏRH EDİLDİ
"Bu gün həyatımızın istiqamətləri və gələcəyimiz əsas qanunda müəyyənləşdirilib və bu zəmində biz bu günə qədər inkişaf etmişik. Azərbaycan öz inkişafında büsbütün yeni mərhələyə qədəm qoyub və sadəcə son illərdəki dəyişiklikləri sıralayanda belə, hansı böyük irəliləyişlərə nail olduğumuzun şahidi oluruq". SİA-nın məlumatına görə bu sözləri Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclası zamanı millət vəkili Rafael Hüseynov deyib.
Onun sözlərinə görə, bugünkü görüşümüz, müzakirəmiz yalnız bayram günü münasibətilə deyil, həm də bayramların doğurduğu tarixi məsuliyyət fonunda baş tutur. Bir neçə gün öncə vacib tarixlərimizi qeyd etdik – Bayraq Günü, Zəfər Günü. Bunlar millətimiz üçün son dərəcə əlamətdar hadisələrdir: "Amma etiraf etməliyik ki, 2020-ci ildən öncə biz Bayraq Gününü qeyd etsək də, bu gün bu bayramlara əsl məna verə bilirik. Çünki indi bayrağımız zəfər simvoludur və Azərbaycanın üçrəngli bayrağı Qarabağın göy üzündə dalğalanır. Bu bayramların doğurduğu məsuliyyət və eyni zamanda gələcəyə doğru atılan addımlar fonunda 2026-cı ilin dövlət büdcəsi layihəsi də sadəcə bir rəqəmlər toplusu deyil, gələcəyimizə bir baxışdır. Bu sənəd bizim qarşıdakı illərdə hansı imkanlar çərçivəsində yaşayacağımızı, sosial rifahımızı və dövlət siyasətinin prioritetlərini müəyyən edir.
Milli Məclisdə bu sənəd ətrafında çoxsaylı komitələrdə geniş müzakirələr aparılıb. Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində, daha sonra Əmək və sosial siyasət komitəsində və digər aidiyyəti qurumların iştirakı ilə müzakirələr keçirildi. Bundan əlavə, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi, İnsan hüquqları komitəsi, Regional məsələlər komitəsi və digərlərinin də iştirakı ilə dörd birləşmiş müzakirə baş tutdu.
Bu gün isə Gənclər və idman komitəsi, İctimai birliklər və Dini qurumlar komitəsi, Mədəniyyət komitəsinin və aidiyyəti dövlət qurumlarının iştirakı ilə büdcə layihəsi ətrafında müzakirələr davam etdirilir. Eyni zamanda qeyd etmək istəyirəm ki, 2026-cı ilin büdcə sənədi Prezident cənab İlham Əliyevin 15 oktyabr tarixli məktubu əsasında Milli Məclisə təqdim olunub və bu sənəd sadəcə texniki deyil, həm də strateji əhəmiyyət kəsb edir. Onun hazırlanmasında müxtəlif nazirlik və dövlət qurumlarının, eləcə də iqtisadi sahədə çalışan əməkdaşların əməyi danılmazdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB