Payızda bağ və bağçılıq işləri: məhsul yığımı və torpağın hazırlanması - EKSPERT FİKRİ

“Payız bağ və bağçılıq üçün ən məsuliyyətli dövrlərdən biridir. Bu mövsüm həm məhsul yığımı, həm də gələn ilin əkini üçün torpağın hazırlanması baxımından çox əhəmiyyətlidir”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: “Bu məsələ həm bağbanın fərdi hazırlığını, həm də ümumi kənd təsərrüfatı praktikasını nəzərdə tutur. Gəlin əsas məqamlara diqqət yetirək.

Məhsul yığımı

Meyvə bağlarında - alma, armud, heyva, üzüm, nar və digər payız meyvələrinin yığımına xüsusi diqqət tələb olunur. Tərəvəz sahələrində pomidor, badımcan, bibər, kök, çuğundur və kələm məhsulları toplanmalıdır.

Saxlama şəraiti - məhsul yalnız vaxtında yığılsa keyfiyyətini saxlayır. Soyuducu anbar, zirzəmi və ya ventilyasiyalı saxlama yerləri əvvəlcədən hazırlanmalıdır.

Torpağın hazırlanması

Torpağın dərin şumlanması – qışda torpağın dondurulması üçün şumlama vacibdir, bu da zərərvericiləri azaldır.

Üzvi gübrələmə – peyin, kompost və yarpaq çürüntüsü torpağa qarışdırılmalıdır.

Mineral gübrələr – fosfor və kalium gübrələri payızda verilir, azot isə əsasən yazda.

Alaq və zərərvericilərin məhv edilməsi – toroaq payızda almaqdan təmizlənməsə, yazda çoxalaraq məhsuldarlığı azalda bilər.

Bağın qorunması

Budama işləri – qurumuş, xəstə və məhsuldarlığı azalmış budaqlar kəsilməlidir.
Ağac gövdələrinin ağardılması zərərvericilərin ağaz gövdədində qışlamasının qarşısını alır.
Qışa hazırlıq – gənc ağacların gövdələri örtülməli, çox həssas bitkilər qorunmalıdır.

Mövsümə hazır olmaq üçün vacib addımlar

- Texnika və alətlərin sazlanması (motorlu mişar, şum alətləri və s.)
- Gübrə və dərman preparatlarının əvvəlcədən alınması.
- Saxlama anbarlarının təmizlənməsi və havalandırılması.
- Toxum və fidan seçiminin başlanması (erkən yaz əkinləri üçün).

Mövsümə hazır olmaq üçün əsas məsələ – vaxtında məhsulu toplamaq, torpağı münbitləşdirmək və bağdakı bitkiləri qışa hazırlamaqdır. Əgər bu tədbirlər görülübsə, deməli payız mövsümünə hazırıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə