"Yaradılan sənaye parkları 7 illik vergi güzəştləri verir" - EKSPERT FİKRİ

"Regionlarda yaradılan sənaye parklarının real iqtisadi təsiri ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft ixracı ümumi ixracın 10%-i ətrafındadır. Yəni bu göstərici keçmir. 2015-ci ildə də belə idi, hətta 2000-ci illərin əvvəllərində də belə idi. Baxmayaraq ki, son 10-15 ildə qeyri-neft ixracının artırması ilə bağlı fikirlər deyirik. Keçən il 0,4% qeyri-neft ixracı artıb. Nəzərə alsaq ki, bizim qeyri-neft ixracımız onsuz aşağıdır, Qafqazda adam başına qeyri-neft ixracı qoysaq, orada ən az qeyri-neft ixrac edilən ölkə olacayıq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, təbii ki, regionlarda yaradılan sənaye parklarının üstünlükləri çoxdur: "Yaradılan sənaye parkları 7 illik vergi güzəştləri verir. Həmçinin bu parklar bir infrastruktur həlləri verir ki, həmin orada olan mənzillər ışıq, su kimi kommunallarla təmin olunur. Həmçinin dəmir yolu xətləri yerində olur.
Hökümət regionlarda yolları çəkib diaqnostika mərkəzləri tikib, qazlaşdırmanı edib. Lakin bütün bunlar hökümətin xərcləridir. Biz regionları 20 il bundan qabaqkı regionlarla müqayisə edə bilmərik. Həmçinin elə regionlara Qarabağ və Şərqi Zəngəzuru misal göstərmək olar. Orada həyat sıfırdan qurulur. Faktiki olaraq Qarabağ bölgəsinin taleyi bəllidir. Lakin Aran bölgəsində olan iqtisadiyyatın vəziyyətini hər kəs görür".

Ekspert həmçinin bildirib ki, regionların inkişafı infrastrukturdan asılı olsa da, amma tam olaraq mövzu o səhəni əhatə etmir: "Burada daha ciddi məhkəmə islahatları olmalıdır, həm maliyyələşdirmə sahəsində, həm inzibati sahəsində islahatlar olmalıdır.Regionlar təbii olaraq qonşu dövlətlər ilə ticarət etməlidir. Yəni bu kimi fəaliyyət regiondakı ailələrə təsir göstərir. Biz azadlıq islahatlarını artırmalıyıq. Ciddi surətdə islahatlar lazımdır".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə