Şahin Babayev AİB-nin özəl sektorun inkişafı üzrə regional direktoru ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Şahin Babayev Asiya İnkişaf Bankının (AİB) özəl sektorun inkişafı üzrə regional direktoru Enriko Pinalinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə SİA-ya RİNN-dən bildirilib.
Məlumata görə, görüş zamanı ölkəmizdə nəqliyyat sektorunun inkişafı, bu sahədə AİB tərəfindən icra olunan layihələrlə bağlı müzakirələr aparılıb.
Eyni zamanda nəqliyyat sahəsində AİB-nin Azərbaycan hökuməti ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə