Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Şahin Babayev Asiya İnkişaf Bankının (AİB) özəl sektorun inkişafı üzrə regional direktoru Enriko Pinalinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə SİA-ya RİNN-dən bildirilib.
Məlumata görə, görüş zamanı ölkəmizdə nəqliyyat sektorunun inkişafı, bu sahədə AİB tərəfindən icra olunan layihələrlə bağlı müzakirələr aparılıb.
Eyni zamanda nəqliyyat sahəsində AİB-nin Azərbaycan hökuməti ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb.