“Evdə nəsə hazırlamaq və satmaq əlavə qazancdır” -EKSPERT AÇIQLADI

“Ev təsərrüfatlarının istehsalı işini bir çox hallarda statistika cəhətdən hesablamaq çətindir. Evdə qidanın hazırlanması, uşağa baxmaq, evi təmizləmək kimi xidmətlər özəl sektor tərəfindən edilən zaman işinin əvəzində pul verilir. Lakin ev təsərrüfatı tərəfindən yerinə yetirildiyi halda biz onu hesablaya bilmirik. Yəni hesablamaq üçün konkret meyarlar və rəqəmlər yoxdur. Bu da bir qədər böyük problemdir. Adətən müxtəlif statistik qurumlar dünya ölkələrində aşağı-yuxarı bunu hesablamağa çalışırlar. Amma yenədə beynəlxalq standartlara görə, bu işlər ölkənin müdaxili məhsulunda nəzərə alınmır”. Bu sözləri iqtisadçı Toğrul Vəliyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Ev təsərrüfatının həcmi nə qədər və necə olması, tamamilə başqa mövzulardır: “Ümumiyyətlə onun hesablanması, ikinci isə onun həcminin nə qədər olmasını bilmək çətindir. Bəzi tədqiqatlara görə, onun həcmi dünyanın üçdə bir hissəsinə bərabərdir. Əgər dünyada 100 mlrd insan varsa, onun 30 mlrd nəfəri bu işlə məşğuldur. Ümumiyyətlə bunu hesablamaq metodikadan asılıdır. Həcmlərində və hesablamalarında ciddi problemlər olduğuna görə müəyyən etmək çətindir. Lakin bunlara baxmayaraq bu real iqtisadiyyata gəlir gətirmir. Düzdü dəstəkləyirik, amma əgər ev təsərrüfatları özü istehsal edib satırlarsa, əlbətdə nəzərə alınmalıdır. Həmçinin bunu hesablamaqda mümkündür. Evdə nəsə hazırlamaq, satmaq əlavə qazancdır. Bununla təbii ki, nəsə alına bilər və hesablamaq çətin olsa da, təxmini nə qədər olduğu bilinir. Amma ümumi könüllük işləri iqtisadiyyata daxil edilmir və dediyim kimi hesablamaq çox çətindir”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə