"Özümüzəməxsus unikal məhsullarla daha çox tanına bilərik" - MÜNASİBƏT BİLDİRDİ
“Bu gün statistikaya baxsaq hər hansı ölkəyə gedən turist mərkəzdə daha çox vaxt keçirir. Bu İstanbul, Dubay, Paris, hətta Bakıda da belədir. Çünki insanlar daha çox mərkəzdə görməli və gəzməli yerlərdə olmaq istəyirlər. Amma işin digər tərəfi ondan ibarətdir ki, gələn turistlərin əksəriyyəti 3 gecə 4 günlük gəlir. Onlar birinci gəldikləri gün yorğun olurlar, hava limanından otelə transfer olunur. İkinci gün Bakı şəhər turu, üçüncü gün Bakı ətrafı, Qobustan, palçıq vulkanları, yanar dağ, qala dövlət qoruğu, atəşgah məbədi gəzilir. Nəticədə 3 gün bitir, dördüncü gün isə qonaq biraz shopping edərək öz ölkəsinə yola düşür”. Bu sözləri turizm eksperti Əziz Şiriyev SİA-ya açıqlamasında deyib.
Ekspert həmçinin bildirib ki, onlar uzun müddətli səyahət etdikləri zaman, məsələn, 6 gecə 7 gün, 5 gecə 6 gün gələn turistlərin paketlərinə 1 və ya 2 gün regionları gəzinti əlavə etmək olur: “Regionlarda ən diqqətçəkici məqam masterclasların, festivalların, özünəməxsus tədbirlərin keçirilməsidir. Turistlər ən çox Quba-Qəbələ istiqamətində gəzintiyə gedirlər. Ona görə də digər regionlara bu kimi fəaliyyətləri etmək şamil edilir. Cənub ərazilərimizin mətbəxi olduqca zəngindir, orada masterclaslar etməklə, hətta həmin ərazilərdə çay və düyüdə yetişdirilməyini göstərməklə turistləri daha çox cəlb etmək mümkündür. Bununla biz özümüzəməxsus unikal məhsullarla daha çox tanına bilərik.
2025-ci il Sağlamlıq Turizmi üçün ən önəmli illərdən biri olacaq və MDB məkanına infatura həyata keçiriləcək. Bura turizm bloggerləri və nümayəndələri dəvət olunacaq, həmçinin özümüzə məxsus olan Naftalan nefti, palçıq vulkanları, Naxçıvan duz dağ, termal və mineral sular, hansı ki bunlar hamısı regionlarda yerləşir. Bu kimi sərvətlərin reklam olunması, tanıdılması, piarının aparılması gələn turistlərin regionlara getməsinə və həmçinin bölgələrin sosial-iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə