"Bitcoin" 100 min dollardan aşağı düşüb

Ötən həftə rekord qıran kriptovalyuta bazarı bu həftəyə mənfəət satışları ilə başlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Bitcoin" 100 min dollardan aşağı düşüb.

ABŞ prezidenti Donald Trampın kriptovalyuta tərəfdarı olması və kriptovalyutaları dəstəkləyən şəxsi SEC-in rəhbəri təyin etməsindən sonra rekordlar ardınca rekord qıran kriptovalyutalar yeni həftəyə enişlə başlayıb. "Bitcoin" 5,83 faiz azalaraq 98 000 dollara düşərkən, ikinci ən yüksək həcmli kriptovalyuta "Ethereum" 7,65 faiz azalaraq 3 086 dollara düşüb. "Solana" 12,33 faiz dəyər itirərkən, "Dogecoin" 10,83 faiz dəyər itirib. Bu ucuzlaşmalarla kriptovalyuta bazarının ümumi dəyəri 6,43 faiz azalaraq 3,38 trilyon dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə