Azərbaycan və “Wind Systems A/S" külək enerjisi əməkdaşlığını müzakirə edib

Azərbaycan və “Wind Systems A/S" şirkəti arasında külək enerjisindən istifadə istiqamətində əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bu barədə müzakirələr Davos İqtisadi Forumu çərçivəsində şirkətin vitse-prezidenti Morten Dirholm ilə görüşdə baş tutub: “Yaşıl texnologiyaların tətbiqinin əhəmiyyəti, sənayedə innovativ həllərin səmərəli nəticələri və külək enerjisindən istifadə istiqamətində şirkətlə əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə