Əməkdaşlıq imkanları müzakirə edilib - FOTO

SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Malik ilə görüşüb. SOCAR-dan SİA-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Pakistan arasında qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub. Prezident İlham Əliyevin ötən ilin iyulunda Pakistana dövlət səfərinin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsinə və bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.

Söhbət zamanı bu günədək enerji sektoru üzrə birgə həyata keçirilən layihələr və əldə edilən nəticələr, həmçinin müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib, neft məhsullarının ticarəti və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə