Dövlət Xidməti sahibkarlara müraiciət edib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlara müraciət edib. Dövlət Xidmətindən SİA-ya bildirilib ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (yalnız BakıKOBEvində göstərilən xidmətlər üzrə), regional bölmələri, eləcə də İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri bayram günlərində - yanvarın 3-4-də fəaliyyət göstərəcək.

Qeyd edilən tarixlərdə sahibkarlar, iş günlərində olduğu kimi, xidmətlərdən yararlanmaq üçün müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə