“Azərkontrakt"ın ləğv edilməsinə başlanılıb

Prezident İlham Əliyevin oktyabrın 17-nə imzaladığı sərəncama əsasən, dekabrın 1-dən Dövlət Kontrakt Korporasiyası - “Azərkontrakt” ASC-nin ləğv edilməsinə başlanılıb. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, səhmdar cəmiyyəti kreditorlarına müraciət edib. Müraciətdə deyilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 62 ünvanına bildirə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə