"Sərgi investisiya mühitinin yaxşılaşmasına töhfə verir" - Nuru Səfərəliyev

"Son illərdə Azərbaycan regionu sərgi mərkəzinə çevrilib. Bu sərgilərin keçirilməsi biznesin, turizm sənayesinin inkişafına töhfə verir, eyni zamanda investisiya mühitini yaxşılaşdırır. Biz də bu sahədə bir sıra sərgilər keçiririk". SİA xəbər verir ki, bu sözləri "Caspian Event Organisers" şirkətinin İctimaiyyətlə əlaqələr və Tədbirlər departamentinin rəhbəri Nuru Səfərəliyev deyib.

Onun sözlərinə görə, Bakı Su Həftəsi ("Baku Water Week") çərçivəsində Azərbaycanda ilk dəfə baş tutacaq sərgi 12-14 mart tarixlərində Bakı Ekspo Mərkəzində, konfrans isə 13-14 mart tarixlərində "The Ritz-Carlton Baku" mehmanxanasında keçiriləcək.

"İlk dəfə olmasına baxmayaraq sərgi dövlət qurumları və özəl şirkətlər tərəfindən dəstəklənir. Ümid edirik ki, keçirdiyimiz digər tədbirlər kimi bu sərgi də ölkə iqtisadiyyatına, su təsərrüfatı və ekologiyaya öz müsbət təsirini göstərmiş olacaq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə