Pensiyaçıların azalmasına səbəb nədir? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

"65-dən yuxarı olan yaş qrupları üzrə ölüm sayı ildən-ilə çoxalır. Əgər 2020-ci ildə bu göstərici 22728 idisə, 2021-ci ildə 24995 nəfərdir. Əmək qabiliyyətli insanların sayı 2020-ci ildə 10097 nəfər idisə (Əməkk Məcəlləssinə əsasən 15 yaşdan yuxarı), 2021-ci ildə bu say artaraq 10961 nəfər olub. Yəni qeyd edə bilərik ki, statistik rəqəmlərə əsasən ölüm sayı ildən-ilə artır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib.

Onun sözlərinə görə, göründüyü kimi təkcə 2021-ci ildə pensiya yaşına çatmadan ölənlərin sayı 864 nəfərdir: "Yəni, təxmini 8,6 faiz insan pensiya yaşına çatmadan vəfat edir. Pensiya yaşına çatmış insanların isə ölüm faizi təxmini 10 faizdir".

İqtisadçı sözlərinə davam edərək bildirib ki, ölüm sayı üzrə göstəricilərə nəzər yetirdikdə ümumi yaş qruplarında qadınlara nisbətən kişilərin üstünlük təşkil etdiyini görürük (85 və yuxarı yaş istisna olmaqla): "25 yaşdan başlayaraq bu fərq nəzərəçarpacaq dərəcədə artır.

Bundan əlavə düz hesablanmamış əmək pensiyalarını da bura aid etmək olar. Faiz nisbəti ilə az olsa da, amma nazirliyin daimi açıqlamalarında bu qeydləri görmək olur. Yaşa görə müavinət (el arasında qocalığa görə, heç bir yerdə işləməyən və ya əmək stajı 25 il olmayan şəxslər) almaq əvəzinə əmək pensiyası alırlar. Ümumilikdə rəqəmlərə nəzər salsaq görərik ki, pensiyaçıların azalmasına əsas səbəb ölüm sayının artımıdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə