İnflyasiyanın düşməsinə hansı amillər səbəb olur? - İQTİSADÇI AÇIQLADI

"Mərkəzi bankın son iyul üzrə qeydinə əsasən, inflyasiya faizi 12.2 faizdir. 2022-ci ildə iyul ayı üzrə faiz dərəcəsi 13 faiz olub. Görünən odur ki, inflyasiya düşməyə davam edir”. SİA xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib.

Onun sözlərinə görə, inflyasiya iyun ayından düşməyə başlayıb: “2023-cü ilin son 7 ayını müqayisə edək. 2023-cü ilin iyun ayından artıq faiz dərəcəsi 2022-ci ilə müqayisədə düşməyə başlayıb. 2022-ci ilin may ayında inflyasiya faizi 12.6 faiz, 2023-cü ilin analoji ayında isə bu rəqəm 13.1 faiz olub”.

İqtisadçı inflyasiyanın düşməsinə səbəb olan amilləri də qeyd edərək bildirib ki, Dövlət Statistika Komitəsinin aylıq iyun 2023-cü il üçün qiymət indeksinin dəyişməsinə nəzər yetirdikdə istehlak qiymətlər indeksi - 0.9 faiz, orta illik inflyasiya 12.7 faiz olub: "İstehlak səbətinin bölmələrinin qiymət dəyişməsinə nəzər yetirək. Ərzaq məhsulları, içkilər, tütün qiyməti 2.1 faiz ucuzlaşıb. Qeyri-ərzaq malları, xidmətlər 0.1 faiz bahalaşıb. Ərzaq və qeyri-ərzaq malları 1.3 faiz qiymətləri azalıb. Mədənçıxarma sənayesi və karxanaların işlənməsində 0.4 faiz qiymət artımı, emal sənayesində 0.6 faiz artım, diri heyvanlar və heyvandarlıq məhsulları 0.3 faiz ucuzlaşma müşahidə olunub. Yuxarıda nəzər saldığımız bütün bu göstəriciləri infyasıyanın düşməsinə daha çox təsir edən göstəricilər hesab etmək olar”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə