Polietilen torbaların qiyməti necə müəyyənləşir? - İQTİSADÇI ŞƏRH ETDİ

“Bugündən etibarən polietilen torbaların qiyməti müvafiq olaraq 3 və 5 qəpik civarında müəyyənləşdirilib. Lakin bu toxunulmaz qiymət deyil. Ola bilər ki, bəzi ticarət subyektləri tərəfindən fərqli qiymətlər müəyyənləşdirilsin”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, yenə də bu satışdan da dövlətə vergi ödəniləcəkdir: “Qiymətlər müstəqil şəkildə müəyyənləşir. Yəni, hər ticarət obyekti torbaların qiymətini özü təyin edir. Ancaq düşünürəm ki, ümumi qəbul edilən qaydalara əsasən bu qiymətlər çox dəyişməyəcək. Çünki bu məsələdə həm də ticarət subyektlərinin öz maraqları var. Qiymət baha olduqda bu onların müştəri dövriyyəsinə təsir edə bilər. Ona görə də hesab edirəm ki, qiymətlər 3 və 5 qəpikdən daha yüksək olmayacaq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə