Respublika Uşaq Kitabxanası "kitab hədiyyəsi" aksiyasına qoşulub
F.Köçərli adına Respublika Uşaq Kitabxanası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "kitab hədiyyəsi" aksiyasına qoşulub. SİA-nın məlumatına görə, layihə xəstəxanalarda koronavirusdan müalicə alan uşaqlara dəstək məqsədilə həyata keçirilir.
Aksiyaya, Respublika Uşaq Kitabxanası ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən Bakı Uşaq Nəşriyyatı, Gəncliyə Yardım Fondu və uşaq yazıçısı Mehriban Nağıyeva da qoşulub. Qısa müddət ərzində 300-ə yaxın kitab toplanılıb.
Aksiyanın təşkilində məqsəd koronavirusdan müalicə alan uşaqların təcrid şəraitində vaxtını səmərəli keçirmələrinə yardım göstərmək, onların davamlı mütaliəyə həvəsini artırmaqla inkişafına kömək etmək, eləcə də mənəvi və psixoloji dəstək verməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə