Respublika Uşaq Kitabxanasının saytına yeni uşaq mahnıları əlavə edilib

F.Köçərli adına Respublika Uşaq Kitabxanası kiçik yaşlı oxucularını kitabxananın internet ünvanında olan multimedia bölməsindəki uşaq mahnıları ilə tanış olmağa dəvət edir. SİA-nın məlumatına görə, bir çox tanınmış bəstəkarların bəstələrinin də daxil olduğu bölmə uşaqlara bu günləri daha səmərəli keçirməkdə kömək olacaq.

Qeyd edək ki, hazırda kitabxananın clb.az saytında kiçik yaşlı oxuculara ümumilikdə 85 uşaq mahnısı təqdim edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə