“Gənclər gələcəyimizin qarantıdır”

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər Gələcəyimizin Qarantıdır” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin tərəfdaşlığı ilə reallaşıb.

Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova gəncləri ürəkdən təbrik edərək onların timsalında bütövlükdə Azərbaycan gəncliyinə təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycanda gənclərə qayğı dövlət siyasətinin əsasını təşkil edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən “Gənclər siyasəti”nin əhəmiyyətindən danışan Z.Dadaşova qeyd edib ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün dövlət tərəfindən bütün lazımi şərait yaradılıb və günü-gündən bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir. Tədbirdə kitabxanada təşkil olunacaq Könüllülər qrupu ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində layihə ilə bağlı müzakirə aparılıb, tələbələrə maraqlı olan suallar cavablandırılıb.

Sonra könüllülər “Gənclər gələcəyin qarantıdır” adlı kitab sərgisi və kitabxananın şöbələri ilə yaxından tanış olublar.

Sonda könüllər qrupuna daxil olmaq istəyənlər qeydiyyata alınıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə