“Yubilyar kitablar və yazıçılar 2019-cu ildə” TƏDBİR

F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən Rusiya İnformasiya Mədəniyyət Mərkəzi ilə birgə “Yubilyar kitablar və yazıçılar 2019-cu ildə” adlı layihə çərçivəsində müsabiqə keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə Qaraçuxur qəsəbəsi 145 nömrəli, Nərimanov rayonu 36 nömrəli və Nizami rayonu 129 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında A.S.Puşkin “Qızıl Xoruz” , K. Çukovski “Aybolit”, İ.A.Krılov “Cırcırama və qarışqa”, “Meymun və gözlük”, “Kvartet”, S.Y. Marşak “Bığlı zolaqlı pişik”, İ.Nəsiminin qəzəlləri səhnələşdirilərək təqdim olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd, uşaqların diqqətini kitaba və mütaliəyə yönəltmək və məktəbliləri yazıçıların yaradıcılığı ilə yaxından tanış etmək olub. Şagirdlər təqdim etdikləri səhnəciklərdə görkəmli yazıçıların əsərlərindəki dərin mənanı tədbir iştirakçılarına çatdırmaq üçün öz bacarıqlarını sərgiləyiblər.

Tədbir iştirakçıların marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...