F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində Daun Sindromlu şəxslərin Reabilitasiya Mərkəzində Ümumdünya Uşaq Hüquqları və Konvensiyası günü ilə əlaqədar “Biz günəşin zərrəsiyik!” adlı tədbir keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyası və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin “Azəri İnciləri” vokal qrupu konsert proqramı ilə çıxış edib.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd daun sindromlu uşaqların fərqliliklərini deyil, əksinə onların öz istedadını ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Tədbirdə Ombudsman aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də digər qurumların nümayəndələri iştirak edib.
Sonda uşaqlara kitablar, “Göy qurşağı” uşaq jurnalı, müxtəlif hədiyyələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə