“Məktəblinin dostu” layihəsi çərçivəsində növbəti tədbir FOTOLAR

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları “Məktəblinin dostu” layihəsi çərçivəsində, Xətai rayonunda yerləşən Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbdə keçirilən “Kitabla davranış mədəniyyəti” adlı tədbirdə iştirak ediblər. SİA-nın məlumatına görə, tədbir “Balaca ev” adlı cizgi filminin təqdimatı ilə başlayıb.

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında, uşaqlara kitab və kitabxananın əhəmiyyəti barədə geniş məlumat verib və uşaqların bütün suallarını cavablandırıb.

Tədbirdə bir sıra sevimli uşaq nağılları əsasında hazırlanmış səhnəciklər göstərilib.

Sonda uşaqlara kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı və kitablar hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə