F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən "Park Bulvar" alış-veriş mərkəzində "Kitab tutan əllər" adlı aksiya keçirilib. Kitabxanadan SİA-ya verilən xəbərə görə, aksiyanın keçirilməsində məqsəd gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxucuların mütaliəsinə düzgün yanaşmaq, məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltmək, onlarda vətənpərvərlik, cəsurluq, ləyaqət və bu kimi ülvi hissləri tərbiyə etmək olub.

Aksiya Beynəlxalq Kitab Bağışlama Günü (İnternational Book Giving Day) münasibətilə təşkil edilib. Aksiya zamanı uşaq ədəbiyyatı təqdim olunub, müxtəlif viktorinalar keçirilib. Həmçinin, kitabxana tərəfindən balaca oxuculara 675-ə yaxın kitab, kitabça və "Göy qurşağı" uşaq jurnalı, böyüklərə isə "Köhnə kitablarınız - onları oxuyanlar üçün yenidir" adlı sərgidə sərgilənən kitablar hədiyyə olunub.

Qeyd edək ki, tədbir çərçivəsində uşaq yazarlarından Sevinc Nuruqızı və Gülzar İbrahimova ilə də görüş keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə