“Kitab tutan əllər” adlı aksiya keçiriləcək

F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən "Park Bulvar" alış-veriş mərkəzində "Kitab tutan əllər" adlı aksiya keçiriləcək. Kitabxanadan SİA-ya verilən xəbərə görə, fevralın 14-də baş tutacaq aksiyaya Beynəlxalq Kitab Bağışlama Günü (İnternational Book Giving Day) münasibətilə təşkil ediləcək.. Aksiya zamanı uşaq ədəbiyyatı təqdim olunacaq, müxtəlif viktorinalar keçiriləcək.

Həmçinin, uşaq yazarlarından Sevinc Nuruqızı və Gülzar İbrahimova ilə də görüş təşkil olunacaq.

Qeyd edək ki, aksiya saat 12:00-dan 14:00-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə