Almaniya əhalinin statistikasını açıqlayıb. SİA xəbər verir ki, Ukraynadan ölkəyə gələn qaçqınların artması ilə əhalinin sayının 84 milyonu keçib.

İyunun sonuna ölkə əhalisinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 843 min nəfər olub. Bütün 2021-ci ildə ölkə əhalisi 0,1 faiz artaraq 82 min nəfərə çatıb.

Alman rəsmilərinin məlumatına görə, Rusiyanın işğalından sonra bu ilin ilk altı ayında Almaniyaya təxminən 750 min insan gəlib. İyunun sonuna olan məlumata görə, ölkədə yaşayan ukraynalı qadınların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 501 min nəfər artıb.

Almaniyada da miqrasiyanın artması ilə əlaqədar 1992 və 2015-ci illərdə oxşar əhali artımı baş verib.

Kommunizmin dağılmasından və Almaniyanın yenidən birləşməsindən sonra ölkə 1992-ci ildə Balkanlardan və Şərqi Avropadan 700 minə yaxın immiqrant qəbul edib.

2015-ci ildə Almaniya vətəndaş müharibələrinin getdiyi Əfqanıstan, Suriya və İraqdan gələn 1 milyona yaxın qaçqının üzünə qapılarını açıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə