"Qaz qiymətləri məhdudlaşdırılmalıdır" AVROPA BİRLİYİ

Belçikanın energetika naziri bildirib ki, Avropa İttifaqı təbii qaz qiymətlərini nəzarət altına almalıdır. SİA xəbər verir ki, nazir bu barədə sosial media hesabından açıqlama verib.

Enerji naziri Tinne Van der Straeten qeyd edib ki, Avropa daxilində problemin kökünə varıb qaz qiymətlərini dondurmağa çalışmalıyıq: "Beləliklə, enerji xərclərini 770 avro azalda bilərik. AB daxilində təbii qaza qiymət həddi tətbiq edilməlidir. Danışmaq vaxtı bitdi, qərar vermək vaxtıdır" .

Van der Straeten təklif etdi ki, qiymətlərin məhdudlaşdırılması bir ailənin illik enerji haqqını 770 avroya qədər azalda bilər.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə