ABŞ-ın Ukraynaya hərbi yardım paketi müharibəyə o qədər də təsir etməyəcək RUSİYA

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski Ukraynanın ABŞ-dan aldığı yeni 3 milyard dollarlıq hərbi yardım paketinin vəziyyəti çox da dəyişməyəcəyini, xüsusi hərbi əməliyyatın planlaşdırıldığı kimi davam etdiyini və qarşıya qoyulan hədəflərə nail olacaqlarını bildirib. SİA xəbər verir ki, ABŞ-ın Ukraynaya 3 milyard dollarlıq yardım paketi verməsi Rusiyanın qəzəbinə səbəb olub.

BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski qeyd edib ki, ABŞ-ın Kiyevə artilleriya sistemləri və çoxbarrelli reaktiv yaylım atəşi sistemləri verib, bu da Ukrayna ordusunun yerləşdiyi ərazilərə çıxış imkanı verəcək: "Bu, dinc əhali arasında daha çox itki, daha çox təxribat və Ukraynanın əsir düşən əsgərlərinin öldürüldüyü Yelenovka işinə bənzər insidentlər deməkdir. Rusiya bilir ki, bütün bu hücumlar xüsusi planlaşdırılmışdır və ABŞ-ın iştirakı olmadan həyata keçirilə bilməz. Bu da Ukraynanın özü tərəfindən etiraf olunur. Biz daha əvvəl zamanla yarışmadığımızı bildirmişdik. Mümkün qədər çox hərbi personalı və mülki vətəndaşı qorumağa çalışırıq. Ona görə də biz mülki infrastrukturu hədəf almırıq”.

Qeyd edək ki, dünən Ukraynanın baş naziri Denis Şmiqal ölkənin dövlət büdcəsinə ABŞ-dan 3 milyard dollar qrant yardımı daxil olduğunu açıqlayıb. ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə köməkçisi Colin Kahl bəyan edib ki, Kiyev üçün yeni hərbi yardım paketindəki bəzi silahlar yalnız 1 və ya 3 ildən sonra Ukraynaya çata bilər.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə