Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Nümayəndəsi Cosef Borel bildirib ki, Aİ Ukrayna ordusu üçün hərbi təlimlər keçirməyi nəzərdən keçirir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Cozef Borel Aİ müdafiə nazirləri avqustun 29-da Praqada keçiriləcək görüşdə məsələni müzakirə edəcəklərini bildirdi.

Borel uzun sürən müharibənin maliyyə dəstəyindən daha çox ehtiyac duyduğu fikrini ifadə edərək, Ukrayna ordusunun təşkili və təlimi üçün yardımın lazım ola biləcəyinə işarə edib.

Mövzu ilə bağlı Aİ daxilində müzakirələr davam etdiyi üçün daha ətraflı məlumat vermək istəmədiyini qeyd edən Borel, Aİ-nın Ukrayna ordusunun ciddi təlimi üçün mühüm bir vəzifəni üzərinə götürə biləcəyi mesajını da verib: “Biz yüz minlərlə əsgəri səfərbər edən real, şərti müharibə ilə üz-üzəyik. Ona görə də baxılan tapşırıq birliyi elə qurulmalıdır ki, bunun öhdəsindən gəlsin".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə