Ukraynanın müstəqillik günü yaxınlaşır

Ukraynanın müstəqilliyinin 31-ci ildönümü yaxınlaşdıqca, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın hücumlarının güclənə biləcəyi ilə bağlı xəbərdarlıq edib. SİA xəbər verir ki, Rusiya qüvvələri bir müddətdir Ukraynanın müxtəlif bölgələrinə hücumlarını artırıb. Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojya yaxınlığındakı Nikopol şəhərinə top mərmiləri yağdıran Rusiya həftə sonu Qara dənizin Odessa liman şəhərinə raket hücumları həyata keçirib.

Zelenski Ukrayna xalqını qeyd olunacaq müstəqillik günü ərəfəsində ayıq olmağa çağırıb və Moskvanın “xüsusilə çirkin işlər görməyə” çalışacağı barədə xəbərdarlıq edib. Avqustun 24-də Ukraynanın Sovet İttifaqından ayrılaraq müstəqilliyinin 31-ci ildönümündə Rusiyanın fevralın 24-də başlatdığı işğalın altıncı ayı başa çatıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə