Zelenski cənub bölgələrindən əl çəkməyəcək

Ərdoğan və Quterreş Zelenskiyə cənub bölgələrindən əl çəkməyi təklif edə bilər. SİA xəbər verir ki, Ukrayna Prezident Aparatının müşaviri Arestoviç bildirib ki, Türkiyə prezidenti Ərdoğan və BMT-nin baş katibi Quterreş prezident Zelenskini diplomatik həll yolu ilə razılaşmağa və Rusiyanın nəzarəti altında olan əraziləri geri almağı dayandırmağa inandırmağa çalışa bilərlər.
Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç verdiyi açıqlamada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin Ukrayna prezidenti Vladimir Zelenski ilə bu gün Lvovda keçirilməsi gözlənilən görüşünü dəyərləndirib.
Ərdoğan və Quterreşin Ukrayna liderini diplomatik həll yolu ilə razılaşmağa və ölkənin cənubdakı torpaqları geri almaqdan imtina etməyə inandırmağa çalışıb-çalışmayacağı ilə bağlı suala Arestoviç belə cavab verib: “Bəlkə də edəcəklər. Amma Zelenskinin buna necə cavab verəcəyini açıqlamaqdan belə qorxuram”.
Arestovic Zelenskinin istənilən sülh təşəbbüsünü rədd edəcəyi fikrini də ifadə edib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə