Gəmilər Afrikaya deyil, Qərbə gedir - RUSİYA

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəis müavini İvan Neçayev bildirib ki, Ukraynanın kənd təsərrüfatı məhsullarını daşıyan gəmilər Afrika və Cənubi Asiyanın “aclıqdan ölən” ölkələrinə deyil, əsasən Qərb limanlarına gedir. SİA xəbər verir ki, İvan Neçayev bəyan edib ki, Ukrayna hazırda əsasən qarğıdalı və günəbaxan yağı ixrac edir ki, bu da Qərbin qlobal ərzaq təhlükəsizliyinin “taxıl sövdələşməsi”dən asılı olması barədə bəyanatlarını şübhə altına alır.

Neçayev qeyd edib ki, təəssüflər olsun ki, indiyədək aclıqdan əziyyət çəkən Afrika və Cənubi Asiya ölkələrinin sahillərinə bir dənə də olsun gəmi çatmayıb: “Onlar, əsasən, Qərb limanlarına gedirlər".

Rusiyalı diplomat qeyd edib ki, ixrac olunan məhsulların daha çox buğda deyil, qarğıdalı və günəbaxan yağıdır və bu, Qərbin qlobal ərzaq təhlükəsizliyinin “taxıl sövdələşməsi”dən asılı olması barədə bəyanatlarının səmimilikdən uzaq olduğunu göstərir.

Neçayev Livanın Tripoli limanına taxıl daşıyan Razoni gəmisi ilə bağlı vəziyyətə diqqət çəkib: "Məlum olduğu kimi, gəmidə livanlıların ehtiyac duyduğu buğda yox, qarğıdalı yemi olub".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə