" McDonalds"dan Ukraynaya dəstək gəldi

" McDonalds"dan Ukraynadakı restoranlarını yenidən açmağa qərar verdi. SİA xəbər verir ki,
ABŞ-ın sürətli xidmət göstərən restoranlar şəbəkəsi "McDonalds" Rusiyanın hücumundan sonra Ukraynadakı bəzi restoranlarını bağlayıb. Şirkət bu restoranları yenidən açmağı planlaşdırdığını açıqlayıb. Şirkətdən verilən açıqlamada vurğulanıb ki, Ukraynada xalqa dəstək onların bir nömrəli prioriteti olaraq qalır.

“Ukraynalı hakimiyyət orqanları, təchizatçılar və təhlükəsizlik ekspertləri ilə geniş məsləhətləşmələr və müzakirələrdən sonra biz işçilərimizin geri qayıtmaq tələbini nəzərə alaraq, digər müəssisələrin təhlükəsiz şəkildə açıldığı Kiyevdə və Ukraynanın qərbində bəzi restoranların yenidən açılması üçün mərhələli planı həyata keçirmək qərarına gəldik".

Konkret bir tarix verilməyən açıqlamada, yaxın bir neçə ayda məhsulların restoranlara çatdırılması, fiziki mühitin müştərilərə xidmət üçün hazır olması üçün tədarükçülərlə işə başlayacağı qeyd edilib. Müştərilərə, restoran işçilərini sahəyə qaytarmaq, işçilərin və müştərilərin təhlükəsizliyini təmin etmək lazımdır.

Xatırladaq ki, "McDonalds" mart ayında Rusiyanın Ukraynaya hücumundan sonra Ukrayna və Rusiyadakı bütün restoranlarını bağlamaq qərarına gəlmişdi. Şirkət may ayında 30 ildən artıqdır ki, fəaliyyət göstərdiyi Rusiya bazarını tərk edəcəyini açıqlamışdı.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə