Ukraynadan daha iki gəmi yola düşüb

Daha iki taxılla yüklü gəmi Ukrayna limanlarını tərk edib. SİA xəbər verir ki, İstanbulda bağlanan razılaşmadan sonra bu ölkədən yüklə gedən gəmilərin sayı 14-ə yüksəlib.

İstanbulda Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ukrayna Limanlarından Taxıl və Ərzaq Məhsullarının Təhlükəsiz Daşınması haqqında Sertifikatın imzalanmasından sonra daşımalar davam edir.

Milli Müdafiə Nazirliyi taxılla yüklənmiş iki gəminin bu gün səhər saatlarında Ukraynanın Qara dəniz limanlarını tərk etdiyini açıqlayıb. Buna uyğun olaraq Beliz limanından 3 min 50 ton buğda daşıyan “Sormosvky” adlı gəmi Çernomorskdan ayrılaraq Tekirdağ istiqamətinə yola düşüb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə