ABŞ Müdafiə Nazirliyi Pentaqon rəsmisi bildirib ki, Ukraynada müharibə başlayandan bəri 80 minə yaxın rus əsgəri yaralanıb və ya öldürülüb. SİA xəbər verir ki, Pentaqon Rusiyanın texnika çatışmazlığı yaşayacağını deyib.
Rusiyanın prezidenti Vladimir Putinin açıqladığı hədəflərə çatmadığını deyən Pentaqon rəsmisi Kolin Kahl Rusiyanın hərbi itkisinin 80 minə yaxın olduğunu bildirib.
Kahl həmçinin əlavə edib ki, Rusiya 3000-4000 zirehli texnika itirib və dəqiq idarə olunan raket çatışmazlığı ilə üzləşə bilər: "Son həftələrdə onlar şərqdə az da olsa, az irəliləyiş əldə ediblər. Lakin bu, Ukrayna ordusunun keyfiyyətinə və aldığı beynəlxalq yardıma görə Rusiya ordusuna baha başa gəlib".
Ukrayna ordusunun da böyük itki verdiyini bildirən Kahl Ukraynadakı itkilərin sayını açıqlamayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB