Serbiyanın təbii qaz rezervləri ölkə tarixində ən yüksək səviyyəyə çatıb

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin təbii qaz rezervlərinin tarixin ən yüksək səviyyəsinə çatdığını açıqlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, A.Vuçiç sosial media hesabında 262 milyon kubmetr təbii qazın Serbiyadakı, 200 milyon kubmetr qazın isə Macarıstandakı yeraltı anbarlara vurulduğunu bildirib.

Qaz ehtiyatların yalnız Serbiyanın istifadəsi üçün ayrıldığını vurğulayan A.Vuçiç deyib: “Əminəm ki, Serbiya vətəndaşlarını qarşıda daha soyuq qış gözləyir”.

Bütün xəbərlər Facebook səhifəmizdə