Qərb dövlətləri Türkiyə və Rusiyadan narahatdır

Qərb dövlətləri Ankara ilə Moskva arasında dərinləşən iqtisadi əməkdaşlıqdan narahat olmağa başlayıb. SİA xəbər verir ki, bu barədə məlumatı “Financial Times” qəzeti yazıb. Rusiya bu şəkildə sanksiyalardan yayınır.

Qəzetə açıqlama verən Qərb rəsmisi Soçidə 4 saatlıq görüşdən sonra Türkiyə və Rusiya liderlərinin ticarət və enerji sahələrində əməkdaşlığı genişləndirmək üçün atdıqları addımlardan narahat olduqlarını bildiriblər.

Hətta Qərb rəsmisi Türkiyənin Rusiyaya münasibətini “fürsətçi” adlandırıb.

Vaşinqton ölkələrə, xüsusən də Çinə xəbərdarlıq edir ki, Rusiyaya qarşı sanksiyaları pozmağa kömək etməsin.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə