49 yaşlı qadın öz pişiyi ilə evlənib - ŞOK OLAY

İngiltərədə yaşayan qadın mənzil sahibinin ev heyvanı qadağasına müqavimət göstərmək üçün "Hindistan" adlı pişiyi ilə evlənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 49 yaşlı Deborah Hodqe əvvəllər başqa ev sahibləri üzündən pişiklərindən imtina etməli olub. Pişiyini itirmək qorxusunun öhdəsindən gələ bilməyən iki uşaq anası pişiyinin öz uşaqlarından sonra ən vacib şey olduğunu deyib.

Deborah, “Hindistanla evlənməklə, mənim bütün gələcək ev sahiblərimin bilməsi lazımdır ki, biz birik və heç bir halda ayrıla bilməyəcəyik. Çünki o, mənim uşağım kimidir" deyə bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə