Deputat parlament iclasında biabır olub

Böyük Britaniyanın İcmalar Palatasının sessiyasında yetkinlər üçün film qalmaqalı baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, mühafizəkar deputat parlamentin iclasında telefonunda yetkinlər üçün filmə baxarkən yaxalanıb. Üstəlik, onu tutan şəxs yanında oturan qadın nazir olub.

Nazir iclasda həmkarlarına baş verənləri izah edib. Mühafizəkarların toplantısında baş verən hadisədən sonra Mühafizəkarların lideri Kris Heaton-Harris hadisə ilə bağlı araşdırmalara başlayıb. Parlamentin bəyanatında, "Bu davranış qətiyyən yolverilməzdir və lazımi tədbirlər görüləcək" deyilir. Filmə baxan və adı açıqlanmayan deputatın işini itirəcəyi iddia edilir.

Bu yaxınlarda Britaniya parlamentində daha bir seksist qalmaqal yaşanıb. Hakim Mühafizəkarlar Partiyası iddia edib ki, ana müxalifətdəki Leyboristlər Partiyasının vitse-prezidenti Anqela Rayner 1992-ci ildə çəkilmiş “Əsas instinkt” filmində “diqqəti yayındırmaq” taktikasından istifadə edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə