Ukraynalı cütlük bombardmanlar altında evləndi

Ukraynanın liman şəhəri Odessada davam edən hərbi vəziyyətə görə hərbçi cütlükləri komandirləri evləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibə 62 gündür davam edərkən, ukraynalı cütlüklər bombardmanlar altında evlənirlər.

Odessa Bələdiyyəsi hərbçilərin nikah mərasiminin anlarını paylaşaraq, “Odessada hərbi vəziyyətlə evlənən hərbçilərin nikahı ilk dəfə onların komandirləri tərəfindən həyata keçirilib. Toy hərbi bazada baş tutub. Cütlüyün toyunda məşhur aparıcı Daniel Salemdən başqa, Kolya Serqa və Oleh Skripka da səhnəyə çıxıb. Bələdiyyə adından mer müavini Pavel Vuqelman cütlüyü təbrik edib, hədiyyələrini təqdim edib.

Toyda söz alan komandirlər, "Bu günün şüarı- müharibə etmirik, sevirik. Müharibə müharibədir, sevgi isə imza tələb edir. Ürəkdən xoşbəxtlik arzulayırıq" deyiblər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə