Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya getdi

Rusiyanın Ukraynaya hücumları davam etdikcə xarici ölkələrdən Ukrayna ordusuna qoşulanların sayı artmaqda davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, belə bir addımı tayvanlı Naive Vanq da atıb.

O, Rusiyaya qarşı döyüşmək üçün Ukrayna ordusuna qoşulub. Tayvandan Ukrayna ordusuna qatılan ilk şəxs olduğu bildirilən Vanq bunun üçün çox çətin bir mərhələdən keçib. Vanq həm də vətəni Tayvan adına döyüşdüyünü söyləyib. "Mən ən pisinə hazıram, yaralana, hətta əzalarımı itirə, ya da ölə bilərəm. Hətta mənə işgəncə də verə bilərlər", deyib.

Müharibədəki çətinliklərdən danışan Vanq, "10 gündür eyni paltarı geyinirəm. Yalnız iki gün ard-arda hərbi yemək yeyə bildim" deyə bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə