5.7 bal gücündə zəlzələ baş verib

Bosniya və Herseqovinada yerli vaxtla saat 23:07-də ​​5,7 bal gücündə zəlzələ baş verib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, zəlzələ Bosniya və Herseqovina ilə yanaşı, Xorvatiya, Serbiya, Monteneqro, Kosovo və Albaniyada da hiss olunub.

Zəlzələnin episentri tarixi Mostar şəhəri olub. Kükavaç rayonunda təpədən evlərin üzərinə nəhəng qaya parçası düşüb, 27 yaşlı qadın həyatını itirib. Zəlzələdə əksəriyyəti yüngül xəsarətlər alan çoxlu sayda insan xəstəxanalara müraciət edib.

Yerli rəsmilər zəlzələ nəticəsində ciddi dağıntıların olmadığını bildirirlər. 5,7 bal gücündə olan zəlzələdən sonra çoxlu yeraltı təkanlar qeydə alınıb.

Zəlzələdən qorxan Herseqovina xalqı gecəni küçədə keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə