İspaniyada ağcaqanad böhranı yaşanıb

İspaniyanın Əndəlus bölgəsindəki baş verən hadisədən sonra İspaniya Dərman və Sağlamlıq Məhsulları Agentliyi vaksinin şüşəsində yad cisim aşkar edildikdən sonra vaksinin aid olduğu partiyadan bütün dozaların geri çağırılmasını əmr edib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Əndəlus bölgəsi səhiyyə orqanları, Malaqadakı bir peyvənd mərkəzində baş verən hadisədə covid-19 peyvəndi şüşəsindən çıxan yad cismin ağcaqanad olduğunu açıqlayıb.

Moderna şirkəti isə hadisə ilə bağlı açıqlama verərək, yad cisimli peyvəndin İspaniya ilə yanaşı Portuqaliya, Norveç və Polşaya da göndərildiyini, cəmi 764 min 900 doza Covid-19 olduğunu bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə