Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Ukrayna ordusuna məxsus “Bayraktar” PUA-sı Krımın qərb sahili üzərində atılan iki raketlə vurulub. SİA xəbər verir ki, bu barədə nazirlik açıqlama verib.
Qeyd olunub ki, təyyarə Rusiya hərbi gəmisindən 30 kilometr aralıda olub. Rusiya gəmisi Qara dəniz donanmasına aid gəmilərin hərəkətləri ilə bağlı kəşfiyyat missiyası həyata keçirir. Nazirlik PUA-nın məhv edildiyi anların görüntülərini də dərc edib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə